• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verildi

SİYASƏT

29 Mart 2024 | 09:11

Kobaxidze: Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verildi

Dini müxtəliflik Gürcüstanın ən vacib sərvətlərindən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə ölkənin müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxışı zamanı deyib.

    O, müsəlmanların Gürcüstanın inkişafına töhfə verdiyini və xalqlar arasındakı qardaşlığın arxasında böyük tarixinin dayandığını vurğulayıb.

    “Gürcüstan gürcü, azərbaycanlı, şiə, sünni müsəlmanların eyni məsciddə namaz qıldığı unikal ölkədir. Bu dinc birgəyaşayış, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu fəaliyyətimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib və daha 20 məscid təhvil verilməyə hazırdır. Müsəlman icmasına ayrılan maliyyə 4 milyon 150 min lariyə çatdırılıb və iqtisadi artımla bu vəsait daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir”, - Baş nazir deyib.

    İftar mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də digər ölkələrdən olan diplomatlar da iştirak ediblər.


    SON XƏBƏRLƏR

    27 Aprel 2024