• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Paşinyan qərarını bir gecədə dəyişdi” - Lavrov

SİYASƏT

29 Mart 2024 | 10:15

“Paşinyan qərarını bir gecədə dəyişdi” - Lavrov

“KTMT 2021-ci ildə öz müşahidə missiyasını Ermənistana göndərməyi razılaşdırmışdı. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan bir gün sonra konsensusun olmadığını bildirdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində danışıb. 

Onun sözlərinə görə, Paşinyan öz qərarını bir gecədə dəyişib.

Lavrov qeyd edib ki, 2021-ci ilin payızında İrəvanda keçirilən görüş zamanı KTMT-nin Ermənistandakı missiyasının mandatı tam olaraq razılaşdırılıb: “Gecəyə qədər müzakirə etdik, hər şeyi təsdiq etdik, səhər prezidentlər və baş nazirlər görüşdükdə isə aydın oldu ki, qərarla bağlı razılıq yoxdur. Bir neçə gündən sonra isə Paşinyan Ermənistana Avropa İttifaqının müşahidə missiyasını çağırdı və Azərbaycana bunun yalnız 2 ay davam edəcəyini vəd etdi. Buna baxmayaraq, 2 aydan sonra Aİ bu missiyanı ikiqat artırdı. İndi oraya Kanada, Norveç və ABŞ-dən hərbçilər göndərilir və bu, Şimali Atlantika missiyasına çevrilir”.


SON XƏBƏRLƏR