• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bayramov-Mirzoyan görüşü: Danışıqlar üçün niyə Berlin seçildi?

SİYASƏT

27 Fevral 2024 | 16:01

Bayramov-Mirzoyan görüşü: Danışıqlar üçün niyə Berlin seçildi?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb.

Bakıvaxtı.az-ın Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək. Görüş Münxendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında baş tutacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da yaxın günlərdə görüşün baş tutacağını söyləmişdi.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Bakıvaxtı.az-a deyib ki, tərəflər arasındakı sülh danışıqlarında Almaniya formatının ortaya çıxması səbəbsiz deyil.

Ekspert bildirib ki, Brüssel formatında Fransa tərəflərin müzakirələrinə, danışıqlar prosesinə həddindən artıq müdaxilə edir:

"Nəzərə alaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də fransızdır. Hazırda Azərbaycanın Fransa ilə münasibətləri olduqca gərgindir. Fransa açıq şəkildə Ermənistanı hərbi cəhətdən dəstəkləyir. Fransanın iştirakı ilə və Parisin təsiri altında olan bir müstəvidə Ermənistanın hansısa normal danışıq aparması qeyri-mümkündür”.

Onun sözlərinə görə, Berlində görüşlərin təşkili alternativ variantdır.

ADP sədri hesab edir ki, danışıqlar üçün Almaniyanın seçilməsi təsadüfi deyil:

“Həm Avropa platformasında təmaslar qurulur, eyni zamanda Paris də iştirak etmir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024