• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Türkiyə parlamentində müxalifətin daha bir fraksiyası YARADILIR

SİYASƏT

27 Fevral 2024 | 14:42

Türkiyə parlamentində müxalifətin daha bir fraksiyası YARADILIR

Türkiyə parlamentində yeni fraksiya yaradılacaq.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq XİN başçısı və iqtisadiyyat naziri Ali Babacanın sədrlik etdiyi DEVA Partiyasının sözçüsü İdris Şahin danışıb.

O, DEVA və Demokrat Partiyaları arasında bu mövzuda danışıqların davam etdiyini açıqlayıb: "Bununla yanaşı, fərdi qaydada görüşdüyümüz adlar da var. Demokrat Partiyanın "tamam" dediyi vaxt 3-5 gün içində DEVA Partiyasının fraksiya qurmaq barədə müraciətini Türkiyə Böyük Millət Məclisinə ünvanlaya biləcək durumdayıq".

Parlamentdə yaradılacaq yeni fraksiyanın rəsmi olaraq DEVA Partiyasının adını daşıyacağını vurğulayan Şahin əlavə edib ki, "Demokrat DEVA" və ya "DEVA Demokrat" adlarından istifadə oluna biləcəyini əlavə edib.

"Mən inanıram ki, 31 mart seçkilərindən (bələdiyyə seçkiləri nəzərdə tutulur - red.) öncə ya da dərhal sonra Məclisdə bir fraksiya qurub daha güclü bir şəkildə demokratik nəzarəti gerçəkləşdirəcəyik", - DEVA-nın sözçüsü söyləyib.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, parlament fraksiyası yaratmaq üçün minimal hədd 20 deputatın təmsil olunmasıdır. Hazırda DEVA-nın 15, Demokrat Partiyanın isə 3 olmaqla ümumilikdə 18 mandatı var. Buradan anlaşılır ki, İdris Şahin "fərdi qaydada görüşdüyümüz adlar da var" dedikdə digər partiyaları təmsil edən daha 2 və daha çox deputatın fraksiyaya cəlb edilməsini nəzərdə tutur.

Xatırladaq ki, həm DEVA, həm də Demokrat Partiya son parlament seçkilərində (14 may 2023) Millət İttifaqında təmsil olunurdular. İttifaq seçkilərə 2 proporsional siyahı ilə qatılmışdı. CHP, Gələcək, Səadət, DEVA və Demokrat Partiyalarının namizədləri CHP-nin siyahısından, İYİ Partiya isə müstəqil siyahıdan parlamentə düşə bilmişdilər.

Onu da əlavə edək ki, hazırda Türkiyə parlamentində AKP, MHP, CHP, DEM Partiya və Gələcək-Səadət Partiyalarının birgə fraksiyası olmaqla, ümumilikdə 5 fraksiya fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

26 Iyul 2024