• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Simonyan: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

SİYASƏT

27 Mart 2024 | 17:06

Simonyan: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

    Bakıvaxtı.az news.am-a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

    “İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.

    O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

    Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

    “Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024