• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şahramanyan Qarabağda neçə erməninin qaldığını AÇIQLADI

SİYASƏT

28 Mart 2024 | 10:35

Şahramanyan Qarabağda neçə erməninin qaldığını AÇIQLADI

“Bu gün keçmiş “Artsax Respublikası”nın (Azərbaycanın Qarabağ bölgəsi) bütün ərazisində 10-11 erməni qalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Qarabağdakı separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyan “Le Figaro” qəzetinə müsahibəsində deyib.

O, Azərbaycanda həbsdə olan ermənilərlə bağlı suala isə belə cavab verib: “Artsax”ın səkkiz keçmiş lideri Bakıda həbsdədir. 2023-cü ilin sentyabrında əsir götürülən daha 7 erməni əsgər də saxlanılıb”.

O, həmçinin Fransadan erməni separatçılarını azad etmək üçün Azərbaycana təzyiq göstərməsini xahiş edib.


SON XƏBƏRLƏR