• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan Zelenskinin səfərini qiymətləndirib 

SİYASƏT

27 Fevral 2024 | 18:10

Ermənistan Zelenskinin səfərini qiymətləndirib 

Ermənistan Zelenskinin İrəvana mümkün səfərini şərh edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu parlamentin plenar iclasında Respublika Milli Assambleyasının müxalif “Hayastan” fraksiyasından olan deputatı Areqnaz Manukyan bildirib.

Onun fikrincə, xarici qüvvələr Moskvaya qarşı ikinci cəbhə açmaq üçün Ukrayna liderinin İrəvana səfərini təşkil etməyə çalışırlar.

“Ermənistanın Baş naziri Nikol Paşinyana bu tamaşada erməni Zelenski və ya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rolu verilir. Paşinyan öz şəxsi hesablamalarına və maraqlarına əsaslanaraq Ermənistanı Rusiya ilə Qərb, Qərblə İran arasında qarşıdurmada alver obyektinə çevirdi ”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024