• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Alyans genişlənir: Ya Qərbin bir parçasısan, ya da...

SİYASƏT

27 Fevral 2024 | 15:44

Alyans genişlənir: Ya Qərbin bir parçasısan, ya da...

Xəbər verdiyimiz kimi, dünən Macarıstan İsveçin NATO-ya daxil olmasını təsdiqləyib. Beləliklə, Macarıstan İsveçin alyansa daxil olmaq ərizəsini təsdiqləyən sonuncu NATO üzvü olub.

Bəs Alyansın genişlənməsi Avropaya necə təsir edəcək?

Politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a bildirib ki, İsveçin NATO-ya üzv olması NATO - nun Rusiyaya doğru genişlənməsi yolunda ən böyük addımdır:

“Rusiyanın ən böyük məqsədi NATO-nun genişlənməsinə mane olmaq idi, lakin biz bunun əksini gördük. NATO bu gün genişlənməkdə davam edir. İsveç və Finlandiyanın Alyansa üzvlüyü NATO-nu daha da gücləndirəcək. Bu, həm Avropanın, həm ABŞ-nin böyük uğurdur.

Müsahibimz qeyd edib ki, Avropa özünün vahid ordusunu qurmaq istəyirdi, ancaq bunun indiki halda çox da mümkün olmayacağı bəlli idi:

“Buna görə də Brüsselin hazırda götürdüyü strateji xətt NATO-nu ümumavropa hərbi blokuna çevirməkdir. İttifaq hər vasitə ilə bitərəf Avropa ölkələrini NATO-ya üzv etməyə çalışır. ABŞ də bu məsələdə maraqlıdır. Bayden adminstrasiyası həm də Avropanın özündən kənar müstəqil güc olmasını qəbul etmək istəmir. Buna görə "Avropa ordusu"dan daha çox, NATO-nun genişləndirilməsində maraqlıdır”.

Zeynal Əmrəliyev: "Ümumavropa ordusu" modelinin yerini ABŞ-nin başında durduğu NATO tutur

Oolitoloqun sözlərinə görə, İsveç və Finlandiya ərazi və resurs baxımından strateji olaraq çox önəmli ölkələrdir. NATO-ya qoşulmaq bu ölkələrin özləri üçün də böyük xeyirdir:

“Məlum olduğu kimi, Finlandiya bitərəflik haqqında öhdəlik götürmüşdü. Ancaq Ukrayna müharibəsi rəsmi Helsinki üçün qırmızı cizgi idi. Rusiya nə qədər hədə-qorxu dili ilə danışsa belə Finlandiya qarşında heç nə edə bilmədi. Nəticə etibarilə Qərb istədiyinə nail oldu, bu gün Finlandiya və İsveç NATO-nun üzvüdür. Bitərəfliyindən imtina etməsi onu konkret Rusiyanın təsirindən çıxardı. Bu gün NATO getdikcə daha çox ümumavropa hərbi ittifaqına çevrilir. Vaşinqton istədiyinə nail olur, bu gün "Ümumavropa ordusu" modelinin yerini ABŞ-nin başında durduğu NATO tutur”.

Z.Əmrəliyevin qənaətincə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində məyus olan tərəf rəsmi Moskvadır:

“Rusiya Ukraynaya hücumu nəticəsində yaxınlığındakı iki böyük və Ukraynadan güclü dövlətin NATO-ya getməsinə şərait yaratdı. Avropada artıq bitərəflik anlayışı yoxdur. Ya Qərbin bir parçasısan, ya da Rusiyanın yanındasan. İsveç və Finlandiya artıq Qərbin bir parçasıdır və həm Avropa, həm də ABŞ bundan məmnundur”.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024