• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şərur və Kəngərlidə 2 925 nəfər ilk dəfə səs verəcək

SİYASƏT

28 Yanvar 2024 | 17:46 | Müəllif: Subhan Mahmudov

Şərur və Kəngərlidə 2 925 nəfər ilk dəfə səs verəcək

Naxçıvan Muxtar Respublikasın Şərur və Kəngərli rayonlarında 7 fevral prezident seçkilərində səs verəcək yaşı 100-dən yuxarı olan iki nəfər seçici var.

Bakıvaxtı.az xəbər verir ki, bunu secki-2024.az saytına 2 saylı Şərur-Kəngərli dairə seçki komissiyasının sədri Kənan Qəhrəmanov məlumat verib. 

O bildirib ki, həmin şəxslərdən biri Kəngərli rayonu, Qıvraq qəsəbə sakini 103 yaşlı Hüseynəliyeva Şərəf Muxtar qızı, digəri isə Şərur rayonu, Çəmənli kənd sakini 101 yaşlı Quliyeva Misri Qulu qızıdır.

DSK sədri vurğulayıb ki, iki rayonda ilk dəfə seçkilərdə iştirak edəcək vətəndaşların sayı 2 925 nəfərdir: "Dairə üzrə ən çox seçicinin qeydiyyata alındığı məntəqə isə Şərur rayonunun Çərçiboğan kəndində yerləşən seçki məntəqəsidir. Burada 1 450 nəfərin adı seçici qeydiyyatına alınıb". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR