• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Fransa Ukraynaya hərbçi göndərəcək?

SİYASƏT

27 Fevral 2024 | 13:07

Fransa Ukraynaya hərbçi göndərəcək?

Prezident Emmanuel Makrondan sonra Fransa Baş naziri Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyib.

Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, Baş nazir Qabriel Attal bildirib ki, Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün Qərbin səylərində hər şey masadadır.

    “Müharibədə heç nəyi istisna edə bilməzsiniz”, - Makronun Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsinin istisna edilmədiyini söyləməsindən bir gün sonra danışan Baş nazir Attal deyib.

    O əlavə edib ki, quru qoşunlarının hər hansı "rəsmi" yerləşdirilməsi ilə bağlı "konsensus" yoxdur.

    “Ancaq heç bir dinamikanı istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024