• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Tokayev bu tarixdə Azərbaycana gələcək

SİYASƏT

27 Fevral 2024 | 14:01 | Müəllif: Qalib İbrahimoğlu

Tokayev bu tarixdə Azərbaycana gələcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana səfər edəcək. İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə səfir bildirib.

Alim Bayelin qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin, Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək.

Səfir, həmçinin, Qazaxıstan liderinin səfərinin Azərbaycanda növbədənkənar Prezident seçkilərindən sonra ilk xarici dövlət başçısının səfəri olacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026