• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistanda erkən seçkilər keçiriləcək?

SİYASƏT

27 Fevral 2024 | 12:51

Ermənistanda erkən seçkilər keçiriləcək?

Ermənistanda erkən seçkilər qəbuledilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində parlamentin sədri Alen Simonyan deyib.

"Ermənistan vətəndaşları artıq öz seçimini edib, belə bir məsələ müzakirə olunmur və müzakirə olunmayıb", - Simonyan bildirib.

O bildirib ki, hakim “Mülki müqavilə” partiyası tərəfi məsuliyyəti öz üzərinə götürüb və bunu sona qədər görəcək.

“Bizim missiyamız var: Ermənistana və regiona sülh gətirmək. Bundan sonra növbəti seçki vaxtı gələcək. Biz öz baxışımızı təqdim edəcəyik, müxalifət də öz baxışını təqdim edəcək, Ermənistan xalqı isə bir daha azad və ədalətli seçkilərə gedərək düzgün hesab etdiyi hökuməti seçəcək”, - deyə sədr bildirib.


SON XƏBƏRLƏR

26 Iyul 2024