• Bakı 17° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Yay və payız aylarında çox ciddi proseslər baş verə bilər 

SİYASƏT

30 Dekabr 2023 | 13:57

Yay və payız aylarında çox ciddi proseslər baş verə bilər 

“Bizim üçün vacib olan 3 prezident seçkisi - əvvəlcə Azərbaycanda, daha sonra Rusiyada və ilin sonunda Amerikada baş tutacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov bildirib.

Öncə ABŞ-də keçiriləcək prezident seçkilərinə diqqət çəkən E.Namazovun sözlərinə görə, bu seçki dünya tarixində böyük bir hadisə kimi yadda qala bilər: “Söhbət ondan gedir ki, Amerikanın dünyaya təsiri o qədər böyükdür ki, indi bu ölkədə hansıa bir partiya hakimiyyətə gələndə, hakimiyyətin mövqeyi bir balaca dəyişəndə, bu, bütün dünyaya təsir göstərir”.

O qeyd edib ki, ABŞ-də baş tutan ötən prezident seçkisi çox drammatik keçib: “Həmin dönəmlər bu ölkə az qala vətəndaş müharibəsi astanasında idi. Bununla bağlı cinayət işləri hələ də davam edir. Orada parlamanetə hücumlar edildi. İxişaşçılar həbs olundular. Həmin seçkilərin nəticəsini ABŞ cəmiyyətinin böyük bir hissəsi qəbul etmir. İndi də həmin vəziyyət təkrarlanır. Həmin namizədlər Co Bayden və Donald Tramp seçkilərdə iştirtak edirlər. Müşahidə edirik ki, ABŞ tarixində görünməyən hadisələr yaşanır. Məsələn, 15-ə yaxın ştatda məsələ qaldırılıb ki, Trampı seçkilərə buraxmaq olmaz. Artıq iki ştat bununla bağlı qərar qəbul edib. Amerika konstitusiyasında belə bir maddə mövcuddur. 150 il öncə ABŞ-də vətəndaş müharibəsi baş verəndən sonra orada konstitusiyaya belə bir dəyişiklik etdilər ki, dövlət çevrilişində iştirak edən rəsmi şəxslər ondan sonra dövlət vəzifələrini tuta bilməzlər. Bu, məhz vətəndaş müharibəsinin tərcrübəsindən çıxş edərək, qəbul edilmiş qərardır. O gündən bu günə bir dəfə də olsun, ABŞ daxilində həmin maddə işə salınmayıb. İlk dəfə olaraq o maddə məhz indi hərəkətə gətirilir və bəzi ştatlarda qərarlar çıxarılır ki, “Respublikaçılar” Partiyasının namizədi seçkiyə qatıla bilməz. Təbii, qarşı tərəf buna etirazını bildirərək, Ali Məhkəməyə müraciət edib. Məsələ Ali Məhkəmədə həll olunacaq. Bunun özü ABŞ daxilində böyük bir gərginliyin yaşandığını göstərir. Amerika tarixində ilk dəfə olaraq, seçkiyə müdaxilələrin şahidi oluruq, hansısa namizədin məhkəmə yolu ilə seçkidən uzaqlaşdırılması cəhdlərini müşahidə edirik. Bu isə o anlama gəlir ki, Amerikada seçki çox gərgin atmosferdə keçəcək. Əvvəlki seçkidə proses vətəndaş müharibəsinin bir addımlığında dayandı. Bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq elə də asan deyil”.

Sabiq müşavir daha bir məsələnin diqqətdə saxlanılmalı olduğunu söyləyib: “ABŞ-nin başı seçkilərə qarışanda ona düşmən, rəqib kəsilən dövlətlər həmin dönəmdə beynəlxalq aləmdə sərt adımlar atmağa başlaya bilərlər. Həmin dövlətlər ona ümid edirlər ki, seçki ərəfəsində ABŞ-nin beynəlxalq koalisiya formalaşdıraraq, həmin addımların qarşısını almağa imkanı olmayacaq. Növbəti ilin yay və payız aylarında dünyada çox ciddi proseslər baş verə bilər. Rusiya və İranın bu proseslərdə aktiv iştirakı mümkündür. ABŞ-ni özünə düşmən hesab edən bütün dövlətlərin göz bu ölkədədir. Seçkinin vaxtını gözləyirlər ki, öz məsqədlərinə çatmaq üçün beynəlxalq əhəmiyyətli ciddi addımlar atsınlar”.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

20 Sentyabr 2025