• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alındı

SİYASƏT

30 Dekabr 2023 | 16:23

İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alındı

Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib. MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

    YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib və dünən sənədlərin araşdırılması prosesi başa çatıb.

    Məsələ səsverməyə çıxarılıb və MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026