Türkiyədə terror hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbulda Müqəddəs Məryəm Katolik Kilsəsinə silahlı hücum təşkil olunub. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüblər.
İŞİD teraktı öz üzərinə götürüb. 50-yə yaxın şəxsin saxlanıldığı deyilir, aralarında rus da var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni kəskin şəkildə pisləyib. Prezident hücumu törədənlərin ən qısa zamanda tutulacağını deyib: "Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür".
Türkiyədə baş vermiş terror hadisəsini Bakıvaxtı.az-a dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, çoxdan "ölmüş" İŞİD-in son dönəmlərdə bəzi teraktları birbaşa üzərinə götürməsi izi itirmək üçündür.
Onun sözlərinə görə, İŞİD Amerikanın xüsusi xidmət orqanlarının yaratdığı, islam dünyasını parçalamaq üçün yaradılmış bir təşkilat idi və hazırda demək olar ki, yoxdur:
"Əslində olmayan bir terror təşkilatının kilsəyə hücum təşkil etməsi diqqəti əsas hədəfdən yayındırmağa xidmət edir. Burada başqa maraqlar var. İŞİD olmasa da, bəzi Qərb dövlətlərinin öz məkrli ambisiyalarını həyata keçirmək üçün istifadə etdikləri radikal qruplaşamalar mövcuddur. ABŞ prezidenti Cozef Baydenin ətrafında olan adamlar Türkiyənin regional və qlobal uğurlarını həzm edə bilmir. Xüsusən, Türkiyənin silah satışında ilk onluğa girməsi, müasir hərbi texnikalar istehsal etməsi, ordunun təkmilləşməsi və güclənməsi Vaşinqtonu ən çox təşvişə salan məqamlardır. Güclü Türkiyəni Yaxın və Orta Şərqdəki daha çox iqtisadi maraqlarına ciddi təhlükə kimi görürlər. Qərb üçün əsas olan bölgədəki karbohidrogen və filiz yataqlarıdır".
Müsahibimiz vurğulayıb ki, gərgin olan Türkiyə-İsrail münasibətlərindən yararlanmaq istəyənlər var:
"İranın daxilində müxtəlif terrorçu qruplaşmaların olması sirr deyil. Türkiyədəki sifarişin arxasında Qərb ölkələri dayanır və bunu da qonşu ölkələrdəki terrorçu qruplaşmaların əli ilə reallaşdırıblar. Amma yenə deyirəm, İŞİD bəhanədir. Heç kim sübut edə bilməz ki, terror hadisəsinin arxasında Hizbullah, PKK və ya PYD yoxdur”.
“Nəzərə alaq ki, Türkiyənin ən loyal münasibəti NATO üzvü İtaliya ilədir. Hücum təşkil edilən kilsə italyan katolik kilsəsidir” deyən C.Nuriyev terror aktının arxasında bir neçə məqsədin olmasını istisna etmir. Dediyinə görə, çalışırlar ki, Türkiyənin başını daxildəki problemlərlə qarışdırsınlar.
“Əlbəttə, belə cəhdlər əbəsdir. Teraktlarla nəyəsə nail olmaq qeyri-mümkündür. Türkiyə kifayət qədər güclü ölkədir", - deyə Cümşüd Nuriyev əlavə edib.
Aydın Baxış






jpg-1709112391.webp)
jpg-1709109708.webp)








