“Ulu öndərin adı ilə bağlı il yekunlaşmaqdadır. Bu il ərazi bütövlüyümüz bərpa olundu”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu plenar iclasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, 2024-cü ilə nikbin baxmaq üçün də kifayət qədər əsaslar var.
Deputat hesab edir ki, Azərbaycanla Ermənistan 2024-cü ildə sülh müqaviləsinin imzalanması üçün daha qətiyyətli olacaqlar: "Azərbaycanın yolu bəllidir. Sülh müqaviləsini imzalamamaq səmərəsiz görünür. Delimitasiya ilə bağlı məsələni sonraya da saxlamaq olar, ancaq sülh müqaviləsi yeni ildə imzalanmalıdır".
"Azərbaycanda son onilliklərdə heç bir dövlətin edə bilmədiyini edib”, - deyə Elman Nəsirov əlavə edib.
Aytac Aslan










jpg-1706367281.webp)




