Danışıqlar nəticəsində Rusiya və Ukrayna arasında “25-25” formatında əsir mübadiləsi aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yanvarın 15-də danışıqlar prosesi nəticəsində 25 rusiyalı hərbçi Ukraynanın nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində 25 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Hazırda bütün Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, daha öncə iki ölkə arasında “150-150” düsturunda əsir mübadiləsi baş tutmuşdu.