• Bakı 19° C

    13.6 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir

CƏMİYYƏT

14 Iyun 2025 | 11:00

Rusiya vətəndaşlarından ibarət qrup Azərbaycana təxliyə edilir

Rusiya vətəndaşlarından ibarət qrup Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilir.

Bakıvaxtı.az bu barədə Report-a istinadən xəbər verir.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

Heyət arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk da var. O, göstərilən şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Qeyd edək ki, dünən yayılan xəbərdə bildirilirdi ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur


SON XƏBƏRLƏR

14 Iyun 2025