• Bakı 30° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

DOST Agentliyinin beynəlxalq uğurları RƏQƏMLƏRDƏ

CƏMİYYƏT

14 Iyul 2025 | 10:46

DOST Agentliyinin beynəlxalq uğurları RƏQƏMLƏRDƏ

DOST Agentliyinin beynəlxalq müstəvidə qazandığı nailiyyətlər nümayiş etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, statistika media nümayəndələri üçün təşkil olunmuş təlim çərçivəsində təqdim edilib.

Təqdimatda bildirilib ki, DOST Agentliyi ESN, ISSA, ISO, AI və digər nüfuzlu qurumlar tərəfindən ümumilikdə 29 dəfə təltif olunub. Bu göstəriciyə 5 birincilik, 9 finalçı statusu və 15 standart, keyfiyyət və mükəmməllik sertifikatı daxildir.

Xüsusilə vurğulanan uğurlar sırasında 2021 və 2024-cü illərdə European Social Services Award (ESSA) mükafatını qazanması, 2022-ci ildə isə “Sosial sahədə xidmətin keyfiyyəti” sahəsində International Social Security Association (ISSA) tərəfindən keyfiyyət sertifikatına layiq görülməsi qeyd olunub.

Təlim zamanı BMT-nin “South Galaxy” proqramında da DOST modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ nümunə kimi tanındığı diqqətə çatdırılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR