• Bakı 29° C

    5.81 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Rusiyada 11 yeni istintaq təcridxanası yaradılacaq

DÜNYA

23 Avqust 2025 | 09:19

Rusiyada 11 yeni istintaq təcridxanası yaradılacaq

Rusiyada son 5 ildə bəzi regionlarda limitin aşılması ilə əlaqədar yeni istintaq təcridxanaları yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin qərarında deyilir.

Sənəddə bildirilib ki, 11,23 min yerlik 11 yeni istintaq təcridxanasının, 3,42 min yerlik 14 mühafizə binasının tikintisi, dörd mühafizə korpusunun yenidən qurulması, istintaq təcridxanalarında 118 yardımçı obyektin tikilib əsaslı təmiri zəruridir.

Fərmanda qeyd edilib ki, “Cəza sisteminin inkişafı” federal proqramının müddəti 2035-ci ilə qədər uzadılıb, maliyyələşmə 105 milyarddan 359,2 milyard rubla qədər artırılıb.


SON XƏBƏRLƏR

22 Avqust 2025