• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Netanyahu: Mənim Colan təpələrindən imtina etmək fikrim yoxdur

DÜNYA

22 Sentyabr 2025 | 09:05

Netanyahu: Mənim Colan təpələrindən imtina etmək fikrim yoxdur

İsrailin baş naziri Benyamin Netanyahu Suriya ilə təhlükəsizlik razılaşmasını müzakirə etdiyini və Colan təpələrindən imtina etmək niyyətində olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda İsrail Baş nazirinin ofisi məlumat yayıb.

    "Suriya ilə Suriyanın cənub-qərbinin silahsızlaşdırılmasını nəzərdə tutan təhlükəsizlik razılaşmasını müzakirə edirik", - deyə Netanyau əlavə edib.

    Netanyahu həmçinin Suriyadakı druz müttəfiqlərinin təhlükəsizliklərindən narahat olduqlarını və bu məsələni müzakirə etdiklərini bildirib.


    SON XƏBƏRLƏR

    14 Noyabr 2025