• Bakı 12° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Ərdoğan ABŞ-yə səfər edib - VİDEO

DÜNYA

21 Sentyabr 2025 | 23:01

Ərdoğan ABŞ-yə səfər edib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ərdoğan BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Dövlət başçısı şəhərdə fəaliyyət göstərən Türk Evini ziyarət edib. Binanın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Türk icmasının nümayəndələri prezidenti bayraqlarla qarşılayıblar. Ərdoğan onlarla həmsöhbət olub.

Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, açılış nitqini Braziliya Prezidenti edəcək, sonra isə ABŞ Prezidenti çıxış edəcək. Ərdoğan dördüncü çıxışçı kimi BMT Baş Assambleyasının kürsüsünə çıxacaq.

Bu il 80-ci dəfə keçirilən "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

 


SON XƏBƏRLƏR

08 Noyabr 2025