• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Rusiyada fövqəladə vəziyyət tətbiq edilib - meşə yanğınları...

DÜNYA

08 Avqust 2024 | 09:37

Rusiyada fövqəladə vəziyyət tətbiq edilib - meşə yanğınları...

Buryatiya ərazisində təxminən 550 hektar sahədə meşə yanğınları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Buryatiya Respublikası Meşə Təsərrüfatı Agentliyindən bildirilib.

“Avqustun 8-i səhər saatlarına olan məlumata görə, Kurumkan, Mui və Şimali-Baykal bölgələrində 7 meşə yanğını baş verib. Hazırda respublika ərazisində 548,3 hektar ərazini əhatə edən meşə yanğınlarının söndürülməsinə 5 texnika və 150 nəfər canlı qüvvə cəlb olunub.

Son 24 saat ərzində respublikada Şimal-Baykal bölgəsində bir meşə yanğını aşkar edilib. Yanğına səbəb şiddətli külək olub.

Buryatiya Respublikasının meşələrində regional fövqəladə vəziyyət rejimi qüvvədədir”, – məlumatda deyilir.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024