• Bakı 19° C

    4.08 m/s

  • USD - 1.7

    EUR - 1.8601

    RUB - 0.0175

Dəhşətli qətlin üstü 31 il sonra açıldı

DÜNYA

07 Sentyabr 2024 | 00:39

Dəhşətli qətlin üstü 31 il sonra açıldı

Moskvada müstəntiqlər 1993-cü ildə törədilmiş qətlin üstünü açıblar.

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının paytaxt üzrə İstintaq İdarəsindən məlumat verilib.

Cinayət Stalevarov küçəsində yerləşən uşaq bağçasının ərazisində baş verib və burada şübhəli şəxs dostunu butulka və taxta ilə döyüb. Qətldən sonra təcavüzkar mərhumun paltarından 80 min rubldan çox pul götürərək yoxa çıxıb. Uzun müddət cinayətin üstü açılmamış qalıb, lakin bu yaxınlarda müstəntiqlər və kriminalistlər işi yenidən araşdırdılar və yeni dəlillər tapıblar.

Şahidlər dindirilib və fotoşəkildən şübhəlinin şəxsiyyəti müəyyən edilib. Nəticədə müttəhim Moskvada tapılıb və Rusiya Qvardiyasının köməkliyi ilə hava limanlarından birində saxlanılıb.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb, onun barəsində artıq zəruri istintaq hərəkətləri aparılıb.


SON XƏBƏRLƏR

10 Oktyabr 2024