• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Rusiya açıqladı: Ukraynada seçki bu tarixdə keçiriləcək!

DÜNYA

06 Oktyabr 2024 | 20:51 | Müəllif: Subhan Mahmudov

Rusiya açıqladı: Ukraynada seçki bu tarixdə keçiriləcək!

Ukraynada seçki 2025-ci ilin yazından tez olmayacaq və sırf imitasiya xarakteri daşıyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Miroşnik ölkənin hazırkı hakimiyyət orqanları tərəfindən Ukraynada seçkilərin keçirilməsi ehtimalını dəyərləndirib.

Diplomatın sözlərinə görə, Zelenski yalnız qələbəsinə əmin olduğu halda səsvermənin təşəbbüskarı ola bilər.

Miroşnikin sözlərinə görə, Ukrayna hakimiyyəti seçkilərin keçirilməsi üçün Zelenskinin rəqiblərini sıradan çıxarmalıdır:

"Onlar Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını Böyük Britaniyaya səfir göndərməklə buna nail olub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026