• Bakı 20° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

İranın məntiqsizliyi: İsrail 7 cəbhədə uğur qazanır

DÜNYA

06 Oktyabr 2024 | 21:29

İranın məntiqsizliyi: İsrail 7 cəbhədə uğur qazanır

İranın HƏMAS-a, Hizbullaha, husilərə, Bəşər Əsədə, İraq şiələrinə və başqalarına göstərdiyi məntiqsiz hərbi dəstək İsrailin Yaxın Şərqdə 7 cəbhədə uğur qazanmasına gətirib çıxarır. Əziyyət çəkən isə islam ölkələri və onların vətəndaşlarıdır.

Bakıvaxtı.az xəbər verir ki. bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

Onun fikrincə, son İsrail zərbələri Qəzzada və Livanda yüzminlərlə insanın evini tərk etməsi ilə nəticələnib:

“Amma evini tərk etməyə məcbur olan bu qədər insandan heç birini İran qəbul etmir və ərazisinə buraxmır. Yenə köçkün dalğasının yükünü qardaş Türkiyə daşıyacaq. Suriyadan gələnlərə Livan və Qəzza əhalisi də qoşulacaq. Daha pis tərəfi budur ki, hələ də İranın İsrailin maraqlarında silahlı şiə qruplaşmalarına dəstək verdiyini bir çox ərəblər anlaya bilmir.

İranın indiyə qədər islam dünyasının maraqlarına uyğun bir addım atdığını görmədim”.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024