• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

DÜNYA

06 Oktyabr 2024 | 23:23 | Müəllif: Subhan Mahmudov

Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun baş nazir postuna siyasi keçmişi olmayan namizədi var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zurabişvili "Pirveli" telekanalına müsahibəsində deyib.

Zurabişvili baş nazirliyə namizədin adını açıqlamayıb, lakin qeyd edib ki, o, seçdiyi namizədi müxalifət partiyaları ilə müzakirə edəcək, onların nümayəndələri ilə görüşlər bazar ertəsi başlayacaq.

Ölkənin baş naziri olmağa hazırdırmı, bu barədə düşünübmü sualına Zurabişvili belə cavab verib:

"Düşüncəm barədə burda cavab verməyəcəyəm. Mənim çox yaxşı namizədim var.Əvvəlcə bir nəzər salaq!

Həyatda heç nəyi istisna etmək olmaz, bu illər ərzində öyrəndiyim çətin dərsdir. Hesab edirəm ki, bu gün biz düzgün yoldayıq və bu yolla gedəcəyik"./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR