Qırğızıstanın Balıqçı şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, həmçinin “Axtarış-2024” və “Eşelon-2024” xüsusi təlimləri başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Təlimlər başlamazdan əvvəl Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov, KTMT baş katibinin müavini Talaatbek Masadıkov, eləcə də KTMT Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov Böyük Vətən Müharibəsində Qələbə abidəsi önünə əklillərin qoyulmasında iştirak ediblər.