• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Rusiyada səfərbərliyə şou-biznes əhli də çağırılır

MƏDƏNİYYƏT

28 Sentyabr 2022 | 20:33

Rusiyada səfərbərliyə şou-biznes əhli də çağırılır

Rusiya Silahlı Qüvvələrinin tərkibində olan incəsənət nümayəndələri qismən səfərbərliyə çağırıla bilər.

Bakıvaxtı.az bizim media-ya istinadən xəbər verir ki,bu barədə "Obyasnyayem.rf" hökumət portalı məlumat yayıb.

Bildirilib ki, səfərbərlik mədəniyyət müəssisələrində bronu  və ya ordudan möhləti olmayan ulduzlara təsir edə bilər.

Mədəniyyət müəssisələrində həmin sənətçilərin bronu yoxdursa, Rusiya Silahlı Qüvvələrinin ehtiyatındadırlarsa və sağlamlıqlarına görə təxirə salınmaqlarına əsas yoxdursa, səfərbər edilə bilərlər.

Bundan əvvəl reper Timati Özbəkistana mühacirətlə bağlı şayiələri təkzib edib və Moskvada olduğunu bildirib. O, səfərbərlik mövzusuna da toxunaraq, "Vətənə borcun gec-tez ödənilməli olduğunu" vurğulayıb.


SON XƏBƏRLƏR

30 Iyun 2025