Rusiya ABŞ və ya digər bir ölkənin onunla güc mövqeyindən danışmasına imkan verməyəcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Amerikalılar indi təkrarlayırlar ki, hər kəslə güc mövqeyindən danışacaqlar. Putin, Rusiya rəhbərliyindən digər heç kim ABŞ-ın Rusiya ilə güc mövqeyindən danışmasına imkan verməz. Bu, müzakirə mövzusu deyil", - Peskov əlavə edib. /Azvision/
















