İlk dəfə Ayın səthinə enən astronavtlardan olan Maykl Kollinz 90 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
“Sevimli atamız və babamız bu gün xərçənglə mübarizədən sonra vəfat edib. O, son günlərini sakit və ailəsinin əhatəsində keçirib”, - məlumatda qeyd olunub.
















