• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST: “Dünyada bir həftə ərzində koronavirusa yoluxma sayı 14 faiz azalıb”

DÜNYA

26 May 2021 | 14:58

ÜST: “Dünyada bir həftə ərzində koronavirusa yoluxma sayı 14 faiz azalıb”

Keçən həftə dünyada 4.1 milyondan çox koronavirusa yoluxma və 84 mindən çox ölüm qeydə alınıb. Beləliklə əvvəlki yeddi günlə müqayisədə yoluxma 14 faiz, ölüm nisbəti isə 2 faiz azalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının epidemioloji bülletenində bildirilib.

Sənədə əsasən, ötən həftə yoluxma Afrikada (4 faiz), həmçinin Şimali və Cənubi Amerikada (2 faiz) artıb, Avropada (25 faiz), Cənub Şərqi Asiyada (21 faiz), Şərqi Aralıq dənizi regionunda (2 faiz) isə azalıb.

Ölüm hadisələri Qərbi Sakit okean regionunda (22 faiz), Cənub Şərqi Asiyada (4 faiz), Afrikada (2 faiz), Şimali və Cənubi Amerikada (1 faiz) artıb, Avropada (21 faiz) və Şərqi Aralıq dənizi regionunda (11 faiz) azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026