• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gürcüstanda karantin və maska cərimələri ləğv edilir

DÜNYA

24 Iyun 2021 | 13:07

Gürcüstanda karantin və maska cərimələri ləğv edilir

Gürcüstanda karantin və maska ​​rejiminin pozulmasına görə bütün cərimələr ləğv edilir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cərimələrlə bağlı amnistiya elan edib.

“Bu gün pandemiya zamanı qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi parlamentə təqdim edildi”,- deyə Qaribaşvili bildirib.

Gürcüstan hökumət başçısının sözlərinə görə, bu təşəbbüs çərçivəsində 245 min vətəndaş və 344 hüquqi şəxs həm inzibati, həm də cinayət məsuliyyətindən azad olunacaq. Bununla 76 milyon lari ödənilməmiş cərimələrin də ləğvi nəzərdə tutulub.

“Bu qərarı, əlbəttə ki, pandemiyanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti nəzərə alaraq verdik. Virusun yayılmasının idarəolunması zamanı qaydalara riayət olunmasının lazım olduğunu, lakin bİ. Qaribaşvili əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Gürcüstanda açıq havada maska taxma tələbi ləğv edilib, 1 iyuldan etibarən isə ölkədə komendant saatının ləğv olunması nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026