Filippin rəhbərliyi daha bir kovid epidemiyasının qarşısını almaq üçün son dərəcə sərt tədbirlər görərək milyonlarla uşağın evlərindən çıxmalarını qadağan edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, delta ştammı Filippində sürətlə yayılmağa başlayıb. Səlahiyyətlilərin fikrincə, belə bir vəziyyət radikal addımlar atmağı tələb edir.
















