Liviyanın Zilla bölgəsində general Xəlifə Haftar qüvvələrinin yerləşdiyi nəzarət-buraxılış məntəqəsində kamikadze özünü partladıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liviyanın “218 TV” telekanalı məlumat yayıb.
Partlayış nəticəsində yaralananların olduğu bildirilib.
Hücumun kim tərəfindən edildiyi açıqlanmır.
















