• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Türkiyə ordusundan PKK-ya ağır zərbə

DÜNYA

21 Sentyabr 2021 | 18:17 | Müəllif: Subhan Mahmudov

Türkiyə ordusundan PKK-ya ağır zərbə

Türkiyədə həyata keçirilən “Eren” əməliyyatları ilə PKK/KCK terror təşkilatına ağır zərbə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat Türkiyə Jandarma Komandosu, Jandarma Xüsusi Əməliyyatı, Polis Xüsusi Əməliyyatı və mühafizəçilərlə birlikdə aparılıb.

Qeyd edilir ki, ölkədə terrorçuların sayının gündən günə azalması ilə yanaşı, təşkilatın sığınacaqları və mağaraları da məhv edilib.

Bu çərçivədə 2020-ci ilin yanvar-sentyabr aylarında 649 sığınacaq, mağara və yeraltı anbar, 2021-ci ilin eyni dövründə isə 51 faiz artımla 979 sığınacaq, mağara və yeraltı anbar müəyyən olunub və hamısı məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR