• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiyada yeni ştama yoluxma aşkarlandı

DÜNYA

21 Oktyabr 2021 | 09:51

Rusiyada yeni ştama yoluxma aşkarlandı

Rusiyada koronavirusun yeni “AY.4.2” ştamına yoluxma halları aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun İnsan xəstəliklərinin diaqnostikasının yeni üsullarının işlənib hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Hafizov deyib. 

Ekspert qeyd edib ki, koronavirusun yeni variantının aşkar olunması Rusiyada yoluxma sayının artmasına təkan verə bilər. K.Hafizov bununla yanaşı bildirib ki, Rusiyadakı vaksinlər virusun yeni versiyasına qarşı effektivdir. 

Qeyd edək ki, koronavirusun “AY.4.2” ştamı ilk dəfə Böyük Britaniyada aşkar olunub. Britaniyalı alimlərin məlumatına görə, sözügedən ştam “Delta” ştamının mövcud olan 45 altnövlərindən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026