Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennettlə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 22-də Soçidə baş tutacaq görüşdə Yaxın Şərqdəki vəziyyət və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq müzakirə olunacaq.
















