• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Google" şirkətinin ilk qatlanan smartfonu məlum olub

DÜNYA

21 Sentyabr 2021 | 17:25

"Google" şirkətinin ilk qatlanan smartfonu məlum olub

"Google" şirkəti qatlana bilən smartfonlar istehsal edən şirkətlərdən biri olacaq.

Bakıvaxtı.az-ın  məlumatına görə, bu barədə "9to5Google" nəşri xəbər verib.

Media müxbirləri Amerika şirkətinin ilk qatlana bilən smartfon buraxmağı planlaşdırdığını bildirən anonim insayderə istinad edib. Gələcək cihazın adı Android 12-nin beta versiyasının kodunda hallanması aşkar edilib.

Məxfilikdən çıxarılmış məlumatlarda telefon Jumbojack və Passport ("Pasport") adları altında göstərilib. Sonuncu adı, ola bilsin ki, cihazın forma faktoruna işarə edir.

Smartfonun prototipinin mövcudluğu Twitter-də məşhur insayder Evan Blass tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, qatlanan gadget "Passport" adına sahib olacaq, model ilin sonuna qədər təqdim olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026