• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar

DÜNYA

22 Avqust 2021 | 09:13 | Müəllif: Subhan Mahmudov

Rusiyada məhkumlar ruhi-əsəb dispanserindən qaçdılar

Rusiyanın Buryatiya respublikasında yeddi məhkum ruhi-əsəb dispanserindən qaçış təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Buryatiya səhiyyə nazirliyinin “Facebook” səhifəsi məlumat yayıb.

Qaçış zamanı dispanserdə çalışan bir tibb işçisi xəsarət alıb.

Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri (OMON), həmçinin respublikanın Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin rəhbər şəxsləri gəlib.

Artıq məhkumların axtarışlarına başlanılıb. Sakinlərə xəbərdarlıq edilib, onlara diqqətli olmaq və uşaqlarını nəzarətsiz qoymamaq tapşırılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR