• Bakı 18° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Belarusda koronavirusun dördüncü dalğası başlayıb

DÜNYA

21 Sentyabr 2021 | 00:44 | Müəllif: Subhan Mahmudov

Belarusda koronavirusun dördüncü dalğası başlayıb

Bakıvaxtı.az xəbər verir ki, Belarus səhiyyə naziri Dmitri Pineviç respublikada koronavirus pandemiyasının yeni dalğasının başladığını açıqlayıb:

“Belarusa COVID-19-un dördüncü dalğası gəldi”.

Pineviç dördüncü dalğanın proqnozlaşdırılan müddətdən əvvəl gəldiyini qeyd edib.

“Epidemioloji prosesin gedişatına görə, bu dalğa gəlməli idi və ilin bu vaxtında Belarus üçün xarakterik olan klassik mövsümi epidemioloji vəziyyətimizlə üst-üstə düşür. Təəssüf ki, temperatur rejimi də əlverişli deyil. Buna görə də, yoluxmada artımı qeyd edirik”, - deyə o bildirib.

Belarusda həm yoluxma, həm də xəstələrin xəstəxanaya yerləşdirmə sayı hər gün artır.

Ümumilikdə, respublikda pandemiya başlayandan indiyədək 516 428 nəfər koronavirusa yoluxub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR