• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada bu tarixlər qeyri-iş günü oldu - Koronavirusa görə

DÜNYA

20 Oktyabr 2021 | 17:19

Rusiyada bu tarixlər qeyri-iş günü oldu - Koronavirusa görə

Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən məsələ ilə bağlı təklifi qəbul edib.

“RİA Novosti”nin məlumatına görə, həmin günlər üçün işçilərin əməkhaqqları saxlanılacaq.

Rusiya Prezidentinin sözlərinə görə, ehtiyac yaranarsa, qeyri-iş günləri noyabrın 7-dən sonra da uzadıla bilər.

Qeyd edək ki, bu təklifi Baş nazirin müavini Tatyana Qolikova irəli sürmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026