• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bir qrup miqrant Polşa sərhədini qanunsuz keçməyə cəhd etdi

DÜNYA

19 Noyabr 2021 | 12:37

Bir qrup miqrant Polşa sərhədini qanunsuz keçməyə cəhd etdi

Polşa-Belarus sərhədində toplaşan miqrantlarla bağlı insidentlər səngimir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib ki, gecə miqrantlar ölkə sərhədini qanunsuz keçməyə dair bir neçə cəhd ediblər.

Qeyd edək ki, Polşa sərhədçiləri il ərzində Polşa-Belarus sərhədini qanunsuz keçməyə dair 35 mindən çox cəhdin qarşısını alıb. İki ölkə arasında sərhəddəki vəziyyət noyabrın 8-i kəskin pisləşib. Belə ki, sərhədə minlərlə miqrant axışıb. Sözügedən miqrantlar mütəmadi olaraq qrup şəklində maneələri aşaraq Polşa ərazisinə keçməyə çalışırlar. Bu cəhdlərin əksəriyyətinin qarşısı alınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026