• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

“SpaceX” kosmosa daha 52 peyk göndərdi - VİDEO

DÜNYA

19 Dekabr 2021 | 00:48

“SpaceX” kosmosa daha 52 peyk göndərdi - VİDEO

ABŞ-ın kosmik texnologiyaları şirkəti “SpaceX” “Falcon 9” raketi ilə kosmosa daha 52 “Starlink” peyki göndərib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, “SpaceX”in məqsədi “Starlink” peyk şəbəkəsi ilə bütün dünyada yüksək sürətli internet təmin etməkdir.

2021-ci ilin 28-ci buraxılışı Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri Stansiyasından həyata keçirilib.

Orbitdəki “Starlink” peyklərinin ümumi sayı 1944-ə yüksəlib.

Bu yaxınlarda “Starlink” şirkəti bir neçə aviaşirkətin təyyarələrində peyk internet sistemlərini sınaqdan keçirməyə başladıqlarını açıqlayıb.

“SpaceX” şirkəti kosmosa peyk göndərmə anlarını canlı yayımlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026