• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Oğru dünyası"nın  üzvləri saxlanıldı -VİDEO

DÜNYA

19 Dekabr 2021 | 10:08 | Müəllif: Subhan Mahmudov

"Oğru dünyası"nın üzvləri saxlanıldı -VİDEO

Gürcüstanın Tbilisi, Kutaisi, Zestafoni və Tercola şəhərlərində “oğru dünyası” ilə əlaqəli 5 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxslərdən üçü “oğru dünyası”na üzv olmaq, ikisi isə “oğru dünyası” üzvlərinə müraciət etməkdə ittiham olunurlar.

Nazirlik, “oğru dünyası” üzvlərinə müraciət etməkdə ittiham olunan şəxslərin aralarında maliyyə mübahisələri yarandığını və onun həlli üçün “oğru dünyası”na üzv olan şəxslərə müraciət etdiklərini bildirir. Həmin şəxslər isə, mübahisəni həll etmək üçün xaricdəki gürcü “qanuni oğru”larla əlaqə saxlayıblar. Tərəflər razılığa gələ bilmədikləri üçün, “oğru dünyası”nın üzvləri məsələni həll etmələk səbəbi ilə Yunanıstana getməli və orada birbaşa "qanuni oğru”larla görüşməli olduqlarını bildiriblər.

Faktla bağlı, Cinayət Məcəlləsinin 223-cü bəndi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.(modern.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026