Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında yenidən telefon danışığı olub.
Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, söhbətin detalları hələ məlum deyil.
İki ölkə liderləri sonuncu dəfə noyabrın 16-sı telefonla danışıblar. Tərəflər bu zaman Belarus-Polşa sərhədində miqrantlarla bağlı vəziyyəti və digər məsələləri müzakirə ediblər.
















