• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Delta” ştammının daha yolxucu növü AŞKAR EDİLDİ

DÜNYA

20 Oktyabr 2021 | 20:08 | Müəllif: Subhan Mahmudov

“Delta” ştammının daha yolxucu növü AŞKAR EDİLDİ

İsraildə koronavirusun “Delta” ştammının yeni növü “AY.4.2”yə ilk yoluxma hadisəsi aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki,bu növ yazın ortalarında bir neçə Avropa ölkəsində ortaya çıxıb.

Virus “Ben-Gurion” hava limanında yoxlama zamanı Moldovadan uçan 11 yaşlı uşaqda aşkarlanıb. Bundan sonra ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri “AY.4.2” variantı ilə ilk yoluxma hadisəsini rəsmən təsdiqləyiblər.

Yoluxmuş şəxsin İsrailə qayıtdıqdan sonra heç kimlə əlaqə qurmadığı və özünütəcrid etdiyi qeyd olunur.

London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026