• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ-da məktəbdə atışma zamanı 2 nəfər yaralanıb

DÜNYA

20 Sentyabr 2021 | 23:25 | Müəllif: Subhan Mahmudov

ABŞ-da məktəbdə atışma zamanı 2 nəfər yaralanıb

ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərindəki məktəbdə baş vermiş atışma nəticəsində azı iki nəfər yaralanıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə yerli polisin saytında məlumat verilib.

"İki nəfər həyatları üçün təhlükəli olmayan güllə yaraları ilə xəstəxanaya yerləşdirilib", - deyə polisdən bildiriblər.

Polis yaralananlar və şübhəli şəxs haqqında məlumat verməyib və araşdırma aparıldığını qeyd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı digər məktəblərdə atışma olmadığını bildiriblər.

"NBC" telekanalının məlumatına görə, hər iki yaralı 17 yaşındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026