• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukraynada NATO-ya üzv dövlətlərin iştirakı ilə hərbi təlim başladı

DÜNYA

20 Sentyabr 2021 | 16:10

Ukraynada NATO-ya üzv dövlətlərin iştirakı ilə hərbi təlim başladı

Sentyabrın 20-də Ukraynanın Lvov vilayətinin Yavorovo rayonunda NATO-ya üzv ölkələrin iştirakı ilə “Rapid Trident” adlı birgə hərbi təlim başlayıb.

Bakıvaxtı.az “dw”yə istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlimlər oktyabrın 1-də başa çatacaq.

Məlumata görə, hərbi tədbirdə ABŞ və Ukrayna ilə yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Litva, Moldova, Polşa, Kanada, Rumıniya, Bolqarıstan, Pakistan, Gürcüstan, İtaliya və İordaniya dövlətlərinin hərbçiləri iştirak edirlər.

Təlimə 15 ölkədən 6 minə yaxın əsgər qatılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR