• Bakı 12° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Rusiyadan SƏFƏRBƏRLİK BƏYANATI: Səhvlər oldu

CƏMİYYƏT

27 Sentyabr 2022 | 10:39

Rusiyadan SƏFƏRBƏRLİK BƏYANATI: Səhvlər oldu

Kreml administrasiyası Ukrayna müharibəsi üçün elan edilən qismən səfərbərlik zamanı işə qəbulda səhvlərə yol verildiyini etiraf edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, təlimatların pozulduğu hallar var: “Bütün səhvlər düzəldiləcək".

Məlumatlara görə, hərbi təcrübəsi olmayanlar, çox yaşlı və ya əlil olanlar silah tutmağa çağırılıb.

Ötən həftə qismən səfərbərlik çağırışı artıq geniş etirazlara səbəb olub. Peskov da səfərbərliyə aparılma prosesində səhvlərə yol verildiyini etiraf edib. Onun sözlərinə görə, bəzi bölgələrdə "qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər".

Peskov Rusiya sərhədlərinin bağlanması və ya ölkədə hərbi vəziyyətin elan edilməsi kimi qərarlardan xəbərsiz olduğunu da vurğulayıb. Mətbuatda yer alan xəbərlərdə bu qərarların döyüşə göndərilə biləcək şəxslərin ölkədən qaçmasının qarşısını almaq üçün verilə biləcəyi bildirilir.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024